Azərbaycanda məşhur yağ da SAXTA ÇIXDI – Marketlərdən yığışdırılır – FOTObackend

Azərbaycanda məşhur yağ da SAXTA ÇIXDI – Marketlərdən yığışdırılır – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri çərçivəsində yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 2 istehsalçıya məxsus 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb.

AQTA-dan Editor.az-a verilən xəbərə görə, həmçinin bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adı Məhsulun istehsalçısı Məhsulun partiyası/istehsal və son istifadə tarixləri Aşkar edilmiş uyğunsuzluq
1 “Krestyanskoye” əmtəə nişanlı spred yağı Fiziki şəxs Qəniyev Fərhad Allahşükür oğlu 04.03.2025

13.03.2025

Koliform bakteriyalar,

kif və maya göbələkləri

2 Bitki tərkibli spred yağı (nehrə yağı adı altında satışına cəhd olunan) Fiziki şəxs Bağırov Rüfət Ramiz oğlu 07.03.2025

21.03.2025

Koliform bakteriyalar,

kif və maya göbələkləri

 

Qeyd edək ki, tərkibində koliform bakteriyaların, eləcə də kif və maya göbələklərinin  aşkarlanması həmin məhsulların mikrobioloji çirklənməsi kimi qiymətləndirilir. Bu cür məhsulların istehlakı isə insan orqanizmi üçün təhlükəli hesab olunur.