Azərbaycanda metro, restoran və kafelərin fəaliyyəti məhdudlaşır – DEPUTAT AÇIQLADIbackend

Azərbaycanda metro, restoran və kafelərin fəaliyyəti məhdudlaşır – DEPUTAT AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Karantin rejiminin yenidən sərtləşdirilməsi üzərində düşünməliyik. Həm havalar soyuyur, həm də əhalidə məsuliyyət hissi aşağı düşüb. 10 milyonluq əhalisi olan Azərbaycan üçün yoluxma sayının 500-ün üzərində olması çox ciddi rəqəmlərdir. Gündə 500 yoluxma olması çox ciddi fəsadlara gətirib çıxara bilər.

Bu sözləri  açıqlamasında Milli Məcslisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. O, bildirib ki, kəskin yoluxma sayı artmağa davam edərsə, 10 gün ərzində bütün statisionar ehtiyatlarımız dola bilər.

“Bu, davam edərsə, sərt karantin rejiminin yenidən qüvvəyə minməsi üzərində düşünmək lazım olacaq. Karantin olsa da, olmasa da, mediada xəstəliklə bağlı maarifləndirmə işlərinin davam etdirilməsi labüddür. Vətən müharibəsi ilə əlaqədar bütün diqqət cəbhəyə yönəlib, informasiyaların böyük hissəsi bu istiqamətdədir. Amma unutmayaq ki, koronovirus da erməni qədər təhlükəli virusdur. Biz bunu da gözdən qaçırmamalıyıq.

Qapalı məkanlarda insanların toplaşmasına, xüsusilə mərasimlərin keçirilməsinə imkan verilməməlidir. Sözsüz ki, sosial məsafə, maska və gigiyena qaydalarına ciddi şəkildə əməl edilməlidir.

Biz artıq bu yolu keçmişik, üzləşdiyimiz bu vəziyyət bizə tanışdır. Aprel, iyun, iyul və avqust aylarında da ölkə üzərində sərt karantin rejimi tətbiq olunub. Odur ki, bəzi iş yerlərinin yenidən qapadılması, onlayn rejimə keçməsi, ofislərdə iş qüvvəsinin 50 faiz azadılması, metronun yenidən dayandırılması, ictimai nəqliyyat vasitələrində sərt nəzarətin gücləndirilməsi, açılan xüsusi iaşə müəssələrinin qapadılması, yaxud da ki, iş saatlarının məhdudlaşdırılması gündəmə gələ bilər, restoran, kafe və çayxanaların fəaliyyətinin məhdudlaşdırılması gözlənilir. Bütün bunları Operativ Qərargah öz nəzarətində saxlayır, onlar öz tövsiyələrini verəcək, amma əvvəlki təcrübəni nəzərə alaraq bu fikirləri söyləmək yerinə düşər”.

Publika.az