Ölkəmizdə meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınmayıb.
Editor.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, epidemioloji vəziyyət nəzarət altındadır.
Qeyd edək ki, ilin əvvəlindən Afrika qitəsində bu xəstəliyə 15 mindən çox yoluxma və epidemiyadan 461 ölüm halı qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 160% çoxdur.