Təhsil Nazirliyi nazir müavini Məhəbbət Vəliyevanın işdən çıxması ilə bağlı açıqlama verib.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Məhəbbət Vəliyeva 25 dekabr 2020-ci il tarixindən səhhəti ilə bağlı öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.
Təhsil Nazirliyində kadr islahatı olub.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.
Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb.
M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyinat almışdı.
Qeyd edək ki, bununla bağlı ilk məlumatı “Report” yayıb.

