Azərbaycanda nazirin iki müavini işdən çıxarıldı – FOTObackend

Azərbaycanda nazirin iki müavini işdən çıxarıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mədəniyyət nazirinin iki müavini vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla nazirin birinci müavini Vaqif Əliyev və nazir müavini Sevda Məmmədəliyeva işdən çıxarılıb.

Qeyd edək ki, Vaqif Əliyev 2011-ci ildən nazirin birinci müavini, S.Məmmədəliyeva isə 1999-cu ildən nazir müavini olub.

Mədəniyyət Nazirliyindən məlumatı Oxu.Az-a təsdiqləyiblər.

Qeyd edək ki, xəbəri ilk “Qafqazinfo” yayıb.