“Azərbaycanda oynaya bilərəm” – Aleksandr Səmədovbackend

“Azərbaycanda oynaya bilərəm” – Aleksandr Səmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələcəkdə Azərbaycan klublarının birində oynayacağımı istisna etmirəm.

bunu “Moskva-Baku” nəşrinə müsahibəsində Rusiya millisinin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov deyib.

“İstisna etmirəm. Yığma komanda başqa məsələdir, klubların birində oyunçu kimi isə başqa. Bu, mümkündür. Bu barədə indi danışmaq çox çətindir, ancaq belə bir variant mümkündür. Niyə də yox?!”, – deyə futbolçu bildirib.

Futbolçu qeyd edib ki, atası sağ olanda ailəsi və əcdadları barədə danışırdı:

“Atam Gəncədən idi, onun babası Böyük Vətən Müharibəsində iştirak edib, Budapeştə qədər çatıb. Atam rəhmətə gedib, lakin qohumlarımla əlaqə saxlayıram. Onların bəziləri Azərbaycanda, bəziləri isə Rusiyada, o cümlədən, Moskvada yaşayırlar”.

A.Səmədov qeyd edib ki, Azərbaycan mətbəxini çox sevir:

“Evimizin yaxınlığında Azərbaycan restoranı var, oraya tez-tez ailəvi gedirik”.

Bakıda keçiriləcək Avropa Liqasının finalından danışan A.Səmədov qeyd edib ki, Mxitaryanın qərarını şərh etmək mənasızdır.

“Bu, onun qərarı və məsuliyyətidir. İstərdim ki, idman siyasətdən ayrı olsun və belə hallar az baş versin. Yurgen Kloppun sözlərinə gəldikdə isə… Çox təəccübləndim, Kloppdan belə sözlər eşitməyi gözləmirdim. Bakı gözəl şəhərdir. Azərbaycan paytaxtı belə sözlərə layiq deyildi”, – deyə o bildirib.

//oxu.az