Azərbaycanda pandemiya dövründə sərnişinlər ən çox bu nəqliyyat vasitələrindən istifadə edibbackend

Azərbaycanda pandemiya dövründə sərnişinlər ən çox bu nəqliyyat vasitələrindən istifadə edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda sərnişin daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz azalıb.

2020-ci ilin yanvar-noyabr aylarında nəqliyyatçılar 1 milyard 104,2 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 93,0 faizi avtomobil nəqliyyatı, 6,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2020-ci ilin yanvar-noyabr ayları ərzində 1 milyon 988,5 min sərnişin daşınıb, 2019-cu ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 46,7 faiz azalma müşahidə olunub.

Dövr ərzində dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 2,0 faiz azalaraq 19,2 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi avtomobil nəqliyyatı ilə 1 milyard 26,9 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,2 faiz azalma qeydə alınıb. Sərnişinlərin 96,1 faizi avtobus, 3,9 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 32,0 faiz azalıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 65,1 faiz azalaraq 74,7 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 553,8 min və ya 77,9 faiz az sərnişin daşınıb, daşımaların 99,4 faizi dövlət, 0,6 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

//Trend