Azərbaycanda peyvənd olunanların sayı AÇIQLANDIbackend

Azərbaycanda peyvənd olunanların sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda 411 min 496 nəfər vaksinasiya olunub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan veriblər. Qeyd olunub ki, vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir:

“08.03.2021-ci il tarixində Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 3,483 nəfər vaksinasiya olunub. Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 411,496 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir”.

//Trend