Azərbaycanda professor vəfat etdibackend

Azərbaycanda professor vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Filologiya elmləri doktoru, professor Şirindil Alışanlı vəfat edib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan bildirilib.

Mərhumla vida mərasimi sabah saat 10:00-da Təzəpir məscidində keçiriləcək.

Şirindil Alışanov 1952-ci ildə Laçın rayonunun Əhmədli kəndində anadan olub. 1976-1987-ci illərdə AMEA Ədəbiyyat İnstitutunda elmi işçi, İnstitutun elmi katibi, bölmə müdiri vəzifələrində çalışıb. 1977-1980-ci illər SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində çalışıb.

1993-1998-ci illərdə “Elm” qəzetinin baş redaktoru, 1997-2013-cü illərdə “Elm” Redaksiya, Nəşriyyat-Poliqrafiya Mərkəzinin direktoru olub. 1990-cı ildən “Sabah” nəşriyyatının direktoru kimi çalışıb.

O, bir sıra mötəbər elmi jurnalların və çoxcildlik nəşrlərin redaksiya heyətinin üzvü olub. Dörd kitabı və yüzdən artıq elmi və ədəbi-tənqidi məqaləsi çap olunub.