Azərbaycanda qaynını baltalayan şəxs saxlanıldıbackend

Azərbaycanda qaynını baltalayan şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşkəsən rayon sakininin başına balta ilə xəsarət yetirən şəxs saxlanılıb.

Bu barədə Editor.az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

İçki məclisində ailə münasibətləri zəminində 1980-ci il təvəllüdlü Orucov Feyruz Müslüm oğlu balta ilə 1981-ci il təvəllüdlü Eldəniz Abdullayevə xəsarət yetirib.

Feyruz Orucov hadisəni törətdikdən sonra qaçıb. O, polis əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, F.Orucov E.Abdullayevin yeznəsi olub.