Azərbaycanda qəbul olunan  təhsil proqramları müasir dövrün tələblərinə cavab verirmi?- “Elm və Təhsil Nazirliyi səyləri gücləndirməlidir”backend

Azərbaycanda qəbul olunan  təhsil proqramları müasir dövrün tələblərinə cavab verir?- “Elm və Təhsil Nazirliyi səyləri gücləndirməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

Cəmiyyətin müxtəlif istiqamətlərdə inkişafını təmin etmək üçün elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının  inkişaf etdirilməsi çox vacibdir. Bu mənada dövlət tərəfindən xalq maarifinin, milli təhsilin inkişafına xüsusi diqqət yetirilir. Ona görə də bu istiqamətdə  ən mühüm dəyişikliklər təhsil sistemində aparılır. Bu gün təhsil siyаsəti ümummilli lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi еtibаrlı zəmin üzərində dаvаm və inkişаf еtdirilir.

Maraqlıdır, Azərbaycanda qəbul olunan  təhsil proqramları müasir dövrün tələblərinə cavab verirmi?

Milli Məclisin deputatı Ceyhun Məmmədov Editor.az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif təhsil proqramlarının hazırlanması istiqamətində tövsiyyələri ciddi əhəmiyyət daşıyır:

” Elm və Təhsil Nazirliyi, eyni zamanda, ayrı-ayrı qurumlar bununla bağlı tapşırıqlara ciddi yanaşmalı, müvafiq addımlar atılmalıdır. Bu işdə müasir tələblər də nəzərə alınmalıdır. Bu məqsədlə proqramlar elm, təhsil, mədəniyyət sahəsində maarifləndirici mövzuların baxımlılığını artırmaq üçün gələcəyin tələblərinə, problemlərinə uyğun formatda hazırlanmalıdır.  Elm və Təhsil Nazirliyi səyləri gücləndirməlidir. Çünki dünyada yeni tendensiyalar, müxtəlif yanaşmalar bunu tələb edir. Azərbaycan da təhsil proqramlarının təkmilləşdirilməsinə  xüsusi diqqət göstərməlidir”.

Təhsil eksperti İlqar Orucov Editor.az-a açıqlamasında bildirib ki, müxtəlif elmi- kütləvi, mədəni- maarif, təhsil proqramların hazırlanması ciddi peşəkalarlıq tələb edir:

” Bu baxımdan həmin proqramlar hazırlanarkən Elm və Təhsil Nazirliyi ciddi mütəxəssislərdən ibarət heyətdən istifadə edir. Hesab edirəm ki, proqramların hazırlanmasında peşəkarlıq ortaya qoyulur.  Cənab Prezident təhsil naziri Emin Əmrullayevi qəbul edərkən də ona verdiyi xüsusi tapşırıqlar arasında bu kimi tədbirlərin həyata keçirilməsinin vacibliyini xüsusi qeyd edir. Bu baxımdan hesab edirəm ki, mütəmadi olaraq elmi-kütləvi və mədəni təhsil proqramlarının hazırlanması təkmilləşdirilməlidir. Bununla bağlı müvafiq təcrübə öyrənilməlidir. Çünki cəmiyyət inkişaf etdikcə təhsildə yeni çağırışlar yaranır. Gənc nəslin təlim- tərbiyə prosesində də bu kimi tədbirlər  mühüm əhəmiyyət daşıyır. Ümumilikdə isə nazirliyin  də bununla bağlı konkret tələbləri var”.

İ.Orucov qeyd edib ki, təhsil proqramlarının hazırlanmasında zamanın tələbləri nəzərə alınmalıdır:

“Hesab edirəm ki, bu istiqamətdə işləri sürətləndirmək, geniş təkmilləşdirmələr aparmaq lazımdır. Eyni zamanda, postmüharibə dövrünün çağırışlarından irəli gələn məsələlər də bu proqramlarda yer almalıdır. Xüsusilə şagirdlərin milli mənəvi dəyərlərə yiyələnməsi, vətənpərlik ruhunda böyüməsi baxımından da tədbirlər böyük əhəmiyyət daşıyır.  Məhz bu istiqamətdə qeyd olunan tədbirlərdə  bu xəttin əsas götürülməsi də vacib istiqamətlərdən biri kimi daim diqqət mərkəzində olmalıdır”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.