Azərbaycanda qızı zorla qaçıranlar TUTULDUbackend

Azərbaycanda qızı zorla qaçıranlar TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyanda qızı zorla qaçıranlar saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Editor.az-a bildirilib ki, fevralın 3-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Kürsəngi kəndi ərazisində Yolüstü kənd sakini olan bir qızın iki nəfər tərəfindən qaçırılması barədə məlumat daxil olub.

Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən hadisəni törədən rayonun Yeni Uluxanlı kənd sakinləri Z.Səfərli və M.Hüseynov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.