Siyəzən şəhərində 43 yaşlı şəxs həbs edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, Siyəzən şəhəri Heydər Əliyev prospektindəki obyektlərdən birinin qarşısında uca səslə söyüş söyərək xuliqanlıq əməli törətmiş Namiq A. barəsində inzibati protokol tərtib edilib.
Siyəzən Rayon Məhkəməsində keçirilən iclasda Namiq S. şərləndiyini bildirib.
O, əvvəllər də aralarında münaqişə olan şəxslərin ondan qərəzli şəkildə şikayət etdiyini deyib. Saxlanılan şəxs həmçinin qeyd edib ki, sentyabrın 17-də qızının toyudur və buna görə həbs edilməsini istəmir.
İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xuliqanlıq, Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə tərtib edilmiş protokola əsasən Namiqə 9 sutka həbs cəzası verilib.
Turqut Seyidov

