Azərbaycanda qurumun direktor və müavini vəzifələrindən azad edildilərbackend

Azərbaycanda qurumun direktor və müavini vəzifələrindən azad edildilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov tutduqları vəzifədən azad ediliblər.

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, hər iki şəxsin işdən çıxarılması öz ərizələri əsasında baş verib.

Nazim Hüseynov məlumatı təsdiqləyib. Lakin o, işdən çıxmasının səbəbləri barədə danışmaq istəməyib.

Adının çəkilməsini istəməyən bir neçə aktyor isə iddia edir ki, onların işdən çıxmasına səbəb kinostudiyanın fəaliyyətsizliyidir.