Azərbaycanda Rusiyaya məxsus təyyarələrə həbs qoyulub?backend

Azərbaycanda Rusiyaya məxsus təyyarələrə həbs qoyulub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Nəqliyyat Nazirliyi tərəfindən Azərbaycanda Rusiya təyyarələrinin həbs edilməsi barəsində verilmiş açıqlama həqiqəti əks etdirmir və təəccüb doğurur.

Editor.az xəbər verir ki, bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Azərbaycanda Rusiya Federasiyasına məxsus təyyarələr üzərində həbs qoyulmayıb.

“Rusiyanın aidiyyəti təşkilatlarını həqiqəti əks etdirməyən bu məlumatı təkzib etməyə çağırırıq”, – məlumatda deyilir.