Azərbaycanda sabiq məhkəmə sədrinin qətli ilə bağlı YENİ XƏBƏR/FOTObackend

Azərbaycanda sabiq məhkəmə sədrinin qətli ilə bağlı YENİ XƏBƏR/FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tovuz rayon Məhkəməsinin sabiq sədri, rayonda müstəqil hüquqşünas kimi fəaliyyət göstərən Firudin Ələkbərlinin qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi aprelin 8-də başa çatıb.

Publika.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində “Göl Əli” ləqəbi ilə tanınan, Tovuzda bir çox iri obyektləri, o cümlədən Zəyəm çayının üzərində otel-istirahət mərkəzi və sair obyektləri olan Əli Şamıyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə açılan iş üzrə məhkəmə prosesinin nəticəsi olaraq təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hakim Nural Əliyev müttəhimə verilən hökmü oxuyub və onun cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirilməsinə qərar verildiyini bildirib.

İstintaq materiallarından məlum olur ki, F.Ələkbərlinin Ə.Şamıyevin Zəyəm çayının kənarında tikdirdiyi “Su səsi” istirahət kompleksinin hovuzundan və digər hissələrindən ayrılan suların filtrdən keçmədən Zəyəm çayına axıdılmasına və Tovuzun əsas su mənbəyi olan çayın çirkləndirilməsinə qarşı olaraq mütamadi olaraq dövlət qurumlarına yazması onların münasibətlərini kəskinləşdirib. Ə.Şamıyev hüquqşünasın ondan 10 min manat tələb etdiyini, dəfələrlə hədələdiyini, bu səbəbdən də bezərək belə addım atdığını bildirib.

Qeyd edək ki, qətlə yetirilən F.Ələkbərli 1993-1995-ci illərdə Tovuz rayon Məhkəməsinin sədri olub.

Loading...