Azərbaycanda sabiq rektor vəfat etdibackend

Azərbaycanda sabiq rektor vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-nın Polimer Materialları İnstitutunun Makromonomer əsaslı polimer materiallar laboratoriyasının müdiri, Əməkdar elm xadimi, kimya üzrə elmlər doktoru, professor Niyazi Rəsulzadə vəfat edib.

O, 72 yaşında dünyasını dəyişib.

N.Rəsulzadə 1981-1990-cı illərdə Azərbaycan Texnologiya İnstitutunda Kimya kafedrasının müdiri olmaqla yanaşı, Funksional polimerlər elmi-tədqiqat laboratoriyasının müdiri, 1990-1993-cü illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərib. 2011-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində Tətbiqi kimya elmi-tədqiqat laboratoriyasının müdiri, 2014-2020-ci illərdə isə AMEA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri kimi fəaliyyət göstərib.

O, 1992-ci ildə “Əməkdar elm хadimi” fəхri adı ilə təltif edilib.

Qeyd edək ki, N.Rəsulzadə 1990-1993-cü illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərib.