Masallıda intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Mollaoba kəndində baş verib. 82 yaşlı A. Əliyev naməlum şəraitdə özünü öldürüb.
Məlumata əsasən, A. Əliyevin prostat vəzində uzun müddətdir şiddətli ağrılar olub. Sağalması üçün isə kişinin əməliyyata girməsinə ehtiyac olub. Mərhumun şiddətli ağrılar və əməliyyatdan çəkinməsi səbəbilə özünü öldürdüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.