Azərbaycanda şok olay: kişilər azyaşlı qıza təcavüz etdilər – Təfərrüatbackend

Azərbaycanda şok olay: kişilər azyaşlı qıza təcavüz etdilər – Təfərrüat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan rayonunda 1977-ci il təvəllüdlü İlqar 14 yaşına çatmayan azyaşlı Aytənə (adlar şərti verilib – red.) təcavüz edib.

Editor.az Teleqraf.com-a istinadla xəbər verir ki, İlqar 2021-2022-ci illər ərzində Salyan rayonunun qəsəbəsində idarə etdiyi “Hyundai Tucson” markalı avtomobillə 2009-cu il təvəllüdlü Aytəni yoldan götürərək oxuduğu orta məktəbə, mağazaya və istəyi ilə digər yerlərə aparıb.

İlqar Aytənlə söhbət zamanı onun orta məktəbin 4-cü sinifində oxuması və yaşı haqqında, eləcə də qızın əvvəllər “başqa kişilərlə intim münasibətdə olması” barədə məlumat alıb.

İlqar özündə azyaşlı qıza qarşı cinsi istək formalaşdırıb. Onun hər hansı müqavimət göstərmək imkanından, eləcə də lal-kar və psixi xəstə olan valideynlərin himayəsindən məhrum olmasından təsiretmə üsulu kimi yararlanıb.

Azyaşlının köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri eləmək və öz ehtirasını təmin etmək qərarına gəlib.

Bu məqsədlə İlqar Aytəni 2022-ci ilin əvvəllərindən başlayaraq həmin ilin sentyabrın 15-dək olan müddət ərzində dəqiq məlum olmayan ay və günlərdə 2 dəfədən artıq olmaqla müxtəlif vaxtlarda yolda avtomobilinə əyləşdirib, Salyan rayonunin qəsəbəsi ərazisində kənar şəxslərin görməyəcəyi, heç kimin olmadığı, az işlənən yol qırağına, işlədiyi müəssisəyə aid neft buruğunun yaxınlığındakı əraziyə və neftölçmə qurğususunun qarşısına aparıb.

İlqar dəfələrlə zəiflik vəziyyətindən istifadə etməklə Aytənə pul verəcəyi ilə şirnikləşdirib, özünə məxsus avtomobilin arxa oturacağında onunla intim münasibətdə olub. Hər görüşdə azyaşlı qıza qarşı seksual xarakterli, iyrənc hərəkətlərə məcbur edib.

İstintaq orqanı tərəfindən İlqarın barəsində Cinayət Məcəlləsinin 149.3.3 (on dörd yaşına çatmayan şəxs barəsində zorlama) və 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cəlil Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

“Məndən pul istədilər”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İlqar ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 18 yanvar 2023-cü ildə işdə olarkən Salyan rayon polis şöbəsinin əməkdaşları onun iş yerinə gəliblər:

“Məni polis şöbəsinə dəvət etdilər. Şöbədə polis əməkdaşının kabinetində sorğu-sual olundum. Məndən qonşu kənddə yaşayan Aytən adlı azyaşlı qızı tanıyıb-tanımadığımı soruşuldu. Aytəni tanıdığımı, imkansız bir ailənin uşağı olduğunu, valideynlərinin xəstə və fiziki qüsurlu sayıldıqlarını, həmin ailəyə bayramlarda maddi yardım göstərdiyimi dedim.

İzahat verdikdən sonra kabinetdən çıxmaq istədim. Bu zaman məndən pul istənildi. Onlara pul verə bilməyəcəyimi bildirdim. Polis əməkdaşları tərəfindən döyülərək təhqir olundum.

Aytənə qarşı hər hansı əxlaqsız hərəkət etməmişəm. İstintaq zamanı polis əməkdaşlarından qorxduğum üçün ifadələrimdə Aytənlə cinsi əlaqədə olduğumu bildirmişəm və adımdan yazılan protokola imza atmışam. Barəmdə ədalətli qərar çıxarılmasını xahiş edirəm”.

Təqsirləndirilən şəxsin əvvəllər verdiyi ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər yaranıb. Onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilib.

“Zor tətbiq etməmişəm”

Təqsirləndirilən İlqar ibtidai istintaqa ifadəsində elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, həmkəndlisi Aytəni kiçik yaşlarından tanıyıb:

“2022-ci ilin may, iyun və avqust aylarında yaşadığım ərazidə avtomobilimlə gedərkən Aytənin küçədə tək getdiyini görmüşəm.Onu avtomobilimə mindirmişəm, bir neçə dəfə məktəbə və mağazaya aparmışam. Avqust ayının əvvəllərində isə Salyan rayonunda mədən ərazisində Aytənin öz istəyi ilə onunla iki dəfə cinsi əlaqədə olmuşam. Aytənə qarşı hər hansı zor tətbiq etməmişəm, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşam”.

İş üzrə zərərçəkmiş Aytənin sözlərinə görə, İlqarı həmkəndlisi kimi tanıyıb: “İlqar bizə qurban əti gətirmişdi. Bizə maddi köməklik edirdi. Məktəbə gedərkən maşını saxlayaraq məni maşınına mindirirdi. Başqa-başqa günlərdə bir neçə dəfə kənddəki “kaçalka”nın yanına apardı. Orada mənə qarşı qabaqdan “ayıb-ayıb” şeylər elədi”.

Zərərçəkmiş qeyd edib ki, İlqar ona “Bizon” içkisi, bəzi vaxtlarda 5 manat pul verib: “İlqar mənə elədiyi ayıb işləri, eləcə də uşağım olarsa bu barədə heç kimə deməməyi tapşırdı. İlqarın mənə elədiyi pis işlərə görə onunla barışmıram. Ona cəza verilməsini istəyirəm”.

“Psixi xəstə olduqlarını bildirdilər”

İş üzrə şahid qismində Salyan Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində nevropotoloq Nurlana xanım və həkim-psixiatr Xatirə xanım ifadə veriblər. Nevropotoloq ifadəsində göstərib ki, hazırkı cinayət işi üzrə zərərçəkmiş Aytəni 2022-ci ilin iyun ayından tanıyır: “Qohumları Aytəni müayinə etməsi üçün yanıma gətirmişdilər. Onun yaşıdlarından geri qalmasını, sözə baxmamasını, istədiyi hərəkətləri etməsini və məktəbə getməməsini, eləcə valideynlərinin də psixi xəstə olduqlarını bildirdilər.

Aytənin nevroloji statusunu anamnestik və instrumental yoxladıqdan sonra onun anadangəlmə psixi xəstə olduğunu müəyyən etdik. “Əqli gerilik, davranış pozğunluğu” diaqnozu qoyaraq xəstəliyin dərəcəsini müəyyən etmək üçün onu psixiatr konsultasiyasına göndərdik.

Aytənin müayinəsi ilə bağlı ambulator karta açıldı, müayinə barədə qeydiyyat apararaq kartanı qohumlarına verdim. Onu psixiatr-həkim Xatirə xanımın yanına göndərdim. Xatirə həkim də Aytəni müayinə etdikdən sonra ona “Əqli gerilik debillik dərəcəsində, davranış qüsurları ilə (kod F-70.1)” diqanozu qoyduğunu gördüm. Həmin vaxtdan sonra Aytəni və qohumlarını görməmişəm”.

“Cinsi əlaqədə olduğunu eşitdim”

İş üzrə şahid qismində Aytənin xalası ifadə verib. O bildirib ki, Aytən onun bacısı Sevilin qızıdır:

“Aytənin atası 2022-ci ilin noyabr ayında ölüb. Valideynləri anadangəlmə psixi xəstə və lal-kar olduqlarından Aytəni düzgün tərbiyə etməyiblər. Aytən küçədə gəzərək müxtəlif şəxslərdən pul istəyirdi. Məktəb rəhbərliyi, qonşular, şagirdlər ondan tez-tez şikayətlər edirdilər.

2022-ci ildə Aytəni Bakı şəhərində yerləşən 1 saylı internat məktəbinə yerləşdirdik. 2023-cü ilin yanvar ayının əvvəlində Aytənin Salyan rayonunda ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olduğunu eşitdim. Salyan Rayon Polis Şöbəsinə apararaq onun əvəzindən ərizə yazdım. Şöbədə mənim iştirakımla Aytəndən izahat aldılar.

Aytəndən ona qarşı kimlərin hansı hərəkətləri etdiyini soruşsam da, heç nə demədi. Polisə şikayətindən bir neçə gün sonra kənd sakinlərinin danışıqlarından Aytənlə intim münasibətdə olduğuna görə İlqar adlı şəxsin həbs olunduğunu eşitdim”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. İlqar 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli müəssisəsində çəkməsi müəyyən edilib.

“Evimdən oğurluq olmuşdu”

Bundan başqa, Aytənə qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən daha bir şəxs müəyyən edilib və o da mühakimə olunub. Naxçıvan sakini, 1964-cü il təvəllüdlü Elşənin cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ittiham verilib.

Məhkəmədə ifadə verən Elşən elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 25 sentyabr 2022-ci ildə Salyan rayonunun kəndindəki evindən oğurluq olub: “Oğurluq hadisəsi üzrə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm. Polislər müraciətimlə əlaqədar gəlib evimin şəklini çəkdilər. Oğurluqla əlaqədar şübhələndiyim şəxsin adını çəkməyimi xahiş etdilər.

Onlara ad verə bilməyəcəyimi dedim, çünki kənddə düşmənim, şübhələndiyim adam yox idi. Bundan sonra polislər məni bir az incitdilər. Tutulan vaxtı, yəni 13 yanvar 2023-cü ildə polislər məni şöbəyə çağıraraq bildirdilər ki, evindən oğurluq edən şəxs saxlanılıb”.

“İttiham əsassızdır”

Təqsirləndirilən şəxs deyib ki, daha sonra polis şöbəsində ona qarşı fiziki təzyiqlər göstəriblər: “İş üzrə zərərçəkmiş Aytəndən ifadə aldılar və Aytən bildirdi ki, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişəm. Mənim adımı polis şöbəsinin əməkdaşlarına verən Səlim adlı oğlanı da tutdular.

Səlim mənim Aytənə toxunmadığımı bildirmişdi. Aytənə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm. Verilmiş ittiham tamamilə əsassızdır”.

“Səlimlə mal-qara otarırdı”

Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini açıqlayıb. O, həmin ifadəsində göstərib ki, şəxsi təsərrüfatında heyvandarlıq və əkinçiliklə məşğul olub: “Aytəni 2020-ci ilin yay aylarında tanımışam, qohumluq əlaqələrim yoxdu. 2020-ci ilin yay aylarında tez-tez Aytənin yaşadığı evin yanından keçərək mal-qara otarmağa gedəndə onu küçədə görmüşəm. O, atımla oynayır, atımın arxasınca qaçırdı. Bir dəfə otlaq sahəsində heyvan otardığım yerə gələrək atımla oynayırdı. Atın onu vura biləcəyindən qorxub Aytəni oradan qovdum.

Aytənin anası Sevili həmkəndlim kimi çoxdan tanıyırdım. Müxtəlif günlərdə o, evinin arxasında, taxıl sahəsinin kənarında çaynikdə çay və konfet gətirib mənə verdi.

Aytənin ata-anası lal-kar idi. Atası həm də spirtli içki aludəçisiydi. Aytənin həmin vaxtlar 10-12 yaşı vardı. Özünün deməsinə görə, 2-ci və 3-cü sinifdə oxuyurdu. Çox vaxtı həmkəndlimiz Səlimlə bir yerdə mal-qara otarırdı”.

“Pis-pis təkliflər etdi”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2020-ci ili yay aylarında dəqiq xatırlamadığı vaxtda sahədə mal-qara otaranda Aytən tək ora gəlib: “Səlimi sevdiyini deyərək ona zəng etməyimi, onları danışdırmağımı istədi. Səlimin nömrəsini yığaraq telefonu Aytənə verdim.

Bir neçə gün sonra Səlim ora velosipedlə gəldi. Aytən yanımda da Səlimi sevdiyini dedi. Səlim əvvəllər yanımda Aytəndən xoşu gəlmədiyini demişdi. Onlara təklif etdim ki, yaxınlıqdakı dərənin dibinə gedərək söhbət etsinlər. Aytən razılaşaraq dərənin dibinə getdi, Səlim də onun ardınca yollnadı. Bir neçə dəqiqə sonra qayıtdılar. Onların orada nə etdiklərini bilmədim.

Bundan bir neçə gün sonra dərənin yanından keçəndə Səlimin dərənin dibində Aytəni arxadan qucaqladığını gördüm. Onlara heç nə deməyərək getdim. 3-5 gün sonra kənddə “Aerodrom” və “Neftyannikin” adlanan ərazilərdə mal-qara otararkən Aytən yenə də yanıma gəldi, pis sözlər danışdı, pis-pis təkliflər etdi. Mal-qaranın arxasınca getdim və qayıdanda “Neftyannikin” adlanan ərazinin ayaqyolundan səs-küy gəldiyini gördüm.

Pəncərədən baxdıqda Səlimin arxadan, Vəlinin isə qabaqdan Aytəni qucaqladıqlarını gördüm. Onların Aytənlə intim münasibətdə olduqlarını başa düşdüm. Səlim məni gördü, çölə çıxaraq ardımca gəldi. Mən isə mal-qaramı otarmağa davam etdim”.

“Ehtirasımı cilovlaya bilmədim”

Təqsirləndirilən şəxs deyib ki, 2-3 gün sonra yenidən həmişəki yerdə Səlimlə heyvan otardığı vaxt təxminən saat 11 radələrində Aytən onların yanına gəlib: “Birlikdə söhbətləşdikdən sonra Səlimin heyvanları uzaqlaşdığı üçün atla oradan ayrıldı, heyvanları gətirməyə getdi. İkimiz bir yerdə olanda Aytən arxa yanınının qaşındığını dedi. Mənə oranı qaşımağımı istədi, qaşımadım.

Dərəyə düşüb sidiyə getməyə başladım. Aytən ardımca gəldi, gülə-gülə mənə baxdı. Ona getməsini desəm də, getmədi. Yanıma gəldi, bu vaxt məni ehtiras bürüdü. Aytəni özümə tərəf çəkərək qucaqladım. Ona qarşı əxlaqsız hərəkətlər etdim. Ehtirasımı cilovlaya bilmədim, onunla qeyri-təbii yolla cinsi əlaqədə oldum. Sonra Səlim ora gəldi, bizi bu vəziyyətdə gördü.

Bizdən nə iş gördüyümüzü soruşdu. Heç nə demədim və oradan çıxdım. Aytənə və Səlimə heç kimə heç nə danışmamağı tapşırdım”.

Elşənin ifadəsinə görə, bir neçə gün sonra səhər saatlarında mal-qaranı otarmağa aparanda Aytən yenə arxasınca düşüb: “Anası və dayısı bunu gördü. Aytənin arxasınca qaçaraq onu evlərinə apardılar. Bir daha Aytəni görməmişəm. Aytənlə yalnız bir dəfə cinsi münasibətdə olmuşam”.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan Elşən apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Aytənə qarşı seksual xarakterli hərəkətlər edənlərdən biri də Şamaxı rayon sakini, 1962-ci il təvəllüdlü Camal olub. Onun barəsində də Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə ittiham elan edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə o, özünü təqsirli bilməyib. Deyib ki, Aytən adlı şəxsə qarşı seksual xarakterli hərəkətlər etməyib. Amma ibtidai istintaq zamanı etirafedici ifadələr verib.

Məhkəmənin hökmü ilə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Camal 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət işində adı keçən digər iki nəfərin barəsində isə məhkəmə hökm çıxarmayıb.