Azərbaycanda son sutkada 10 nəfər koronavirusdan ölüb – FOTObackend

Azərbaycanda son sutkada 10 nəfər koronavirusdan ölüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 330 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 316 439 nəfər müalicə olunaraq sağalıb, 4 802 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 9460 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 116, bu günə qədər isə ümumilikdə 3 404 046 test icra olunub.

 

Loading...