Azərbaycanda son sutkada 39 nəfər koronavirusdan öldü: 3107 yeni yoluxma – FOTObackend

Azərbaycanda son sutkada 39 nəfər koronavirusdan öldü: 3107 yeni yoluxma – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 107 yeni yoluxma faktı qeydə alınıb, 1 770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 39 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 421 103 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 362 898 nəfər müalicə olunaraq sağalıb, 5 592 nəfər vəfat edib, aktiv xəstə sayı 52 613 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 191, ötən müddət ərzində isə ümumilikdə 4 442 244 test aparılıb.

 

Loading...