Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI – FOTObackend

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı AÇIQLANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2047 yeni yoluxma faktı qeydə alınıb, 2610 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Son sutkada 39 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 307 980 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 272 575 nəfər müalicə olunaraq sağalıb, 4 274 nəfər vəfat edib.

Aktiv xəstə sayı isə 31 131 nəfər olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 542, bu günə qədər isə ümumilikdə 3 153 877 test icra olunub.