Azərbaycanda sürətli BAHALAŞMA: “Gömrük rüsumu və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətləri tənzimləmək mümkündür”backend

Azərbaycanda sürətli BAHALAŞMA: “Gömrük rüsumu və vergi dərəcələrini azaltmaq yolu ilə qiymətləri tənzimləmək mümkündür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan idxaldan çox aslı ölkədir. Məsələn ərzaq məhsullarının 75, kimyəvi təmizləmə məhsulları, gigiyenik vasitə, yuyucu tozların az qala 100 faizi xaricdən aslıdır. Bu səbəbdən dünyada, xüsusilə Avropadakı qiymət artımı Azərbaycana da istər-istəməz təsir edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert Azərbaycanda sürətlə gedən bahalaşmanın daha çox daxili problemlərdən qaynaqlandığı qənaətindədir:

“Azərbaycan hökuməti bu istiqamətdə vergi və gömrük güzəştlərinə getmək istəmir.Azərbaycanda istehsal olunmayan məhsulların gömrük rüsumları və vergi dərəcələrinin aşağı salınması ilə bağlı dəfələrlə çağırışlarımız olub. Məsələn ərzaq məhsulu və dərman preparatlarında 18 faiz əlavə dəyər vergisinin 2 faiz endirilməsinin bir ilə yaxındır ki, təklif kimi səsləndirmişik. Bu qiymətlərin tənzimlənməsində çox vacib rol oynayacaq amildir. Çünki ölkə əhalisinin böyük bir hissəsi ərzaq ehtiyaclarını supermarketlərdən ödəyirlər ki, onların da tamamı əlavə dəyər vergisi ödəyicisidir. Bu baxımdan istər-istəməz aldığımız məhsulların ödənişini edərkən 18 faiz də əlavə dəyər vergisi ödəyirik. Bu dərman preparatları üçün də keçərlidir. Bu proses qiymət artımında mühüm rol oynayır. Kimyəvi təmizləmə, gigiyenik vasitələrə gəldikdə isə onlara hətta 18 faiz əlavə dəyər vergisindən başqa, 15 faiz də əlavə gömrük rüsumu var. Yəni, bir sözlə məhsul ölkəmizə daxil olarkən avtomatik olaraq 35-36 faiz bahalaşır. Gömrük rüsumu və vergi dərəcələrini azaltmaq yolu ilə Azərbaycanda qiymətləri tənzimləmək mümkündür”.

//Gülnarə Abasova, Editor.az