Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma – FOTObackend

Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirusa (COVID-19) 331 yeni yoluxma faktı qeydə alınıb, 107 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, dörd nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 4521 nəfərdir.

Ölkədə son sutka ərzində 4612, hazırkı dövrədək isə 1232636 test aparılıb.

Ümumi ölənlərin sayı 630 nəfərdir.

Ümumi yoluxanların sayı 45295 nəfər, ümumi sağalanların sayı 40144 nəfərdir.