Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulurbackend

Azərbaycanda tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş adamı Ələsgər Əbdüləli oğlu Əliyevin ölkədən çıxışına məhdudiyyət qoyulur.

Editor.az  xəbər verir ki, Ə.Əliyevlə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi edib.

Mahiyyət xususi icraat – vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat). İş hakim Nərmin Əhmədovanın sədrliyi ilə noyabrın 29-da baxılacaq.

Qeyd: Bir neçə il öncə, iş adamının yerli mediada müraciəti dərc edilmişdi. Ə.Əliyev iddia edirdi ki, “Eurohome” tikinti bazarının sahibi Azay Möhnətovun bacısı oğlu Binyətov Elvin Səxavət oğlu dələduzluq yolu ilə onun 67 000 ABŞ dolları məbləğində vəsaitini ələ keçirib və məhkəmə qətnamələrinə baxmayaraq borcu qaytarmır. (pravda.az)