Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin sayı açıqlanıbbackend

Azərbaycanda təmirə ehtiyacı olan məktəblərin sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda 900-ə qədər təmirə ehtiyacı olan məktəb var. Ancaq ölkədə 4 400 məktəbin olduğunu nəzərə alsaq, kifayət qədər təmirli məktəbin mövcudluğunu hesab edə bilərik”.

“Report” xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, hər il Heydər Əliyev Fondu və Təhsil Nazirliyi tərəfindən müəyyən sayda məktəb əsaslı təmir olunur: “Bütün məktəbləri eyni vaxtda təmir etmək mümkün deyil. Növbəlilik prinsipi var ki, şagird sayı çox olan, ən pis vəziyyətdə olan, eləcə də regional bölgü nəzərə alınaraq məktəblər təmir olunur”.