Azərbaycanda türk hərbi bazaları? – Kremldən reaksiyabackend

Azərbaycanda türk hərbi bazaları? – Kremldən reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Azərbaycanda türk hərbi bazasının yaradılması barədə məlumatları diqqətlə izləyir”

Editor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü deyib: “Əlbətdə ki, bu, diqqətimizə aid bir məsələdir”.

Bundan əvvəl Rusiya xarici işlər naziri Lavrov, Türkiyə hərbi bazalarının Azərbaycanda qurulması ehtimalı barədə məlumatları şayiələr adlandıraraq şərh etməkdən imtina edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Ərdoğan Azərbaycanla imzalanan Şuşa Bəyannaməsi çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan ərazisində hərbi bazasının yaradılmasından bəhs edilə biləcəyini istisna etməyib.