Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? – ŞOK QİYMƏTLƏRbackend

Azərbaycanda ürək-damar əməliyyatları neçəyə başa gəlir? – ŞOK QİYMƏTLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, kişilərdə ürək-damar xəstəlikləri üzrə ölüm halları ilə dünya üzrə 1-ci yerdədir; qadınlarda isə bu göstərici 2-ci yerdədir. İcbari tibbi sığorta çərçivəsində müxtəlif ürək əməliyyatlarının qiymətləri də açıqlanmışdır.

Bir müddət öncə mətbuatda ürək-damar xəstəliklərinin dünya ölkələrindəki miqyasını əks etdirən statistika yayıldı.

Bildirilirdi ki, kişilərdə ürək-damar xəstəliklərindən hər 100 min nəfərə düşən ölüm hallarına görə Azərbaycan dünyada 1-ci yerdədir.

İlk “beşlik”də həmçinin Tacikistan (2), Belarus (3), Özbəkistan (4) və Ukrayna (5) yer alıb.

Gürcüstan 18-ci, Rusiya 21-ci, Ermənistan 26-cı, İran 66-cı, Türkiyə isə 117-ci yerdədir. Ən sonuncu yerdə isə Yaponiya (182) və Cənubi Koreyadır (183). Yəni yaponlar və cənubi koreyalılar arasında infarktdan ölənlər minimumdur. Qadınların eyni statistikasına əsasən isə Azərbaycan 2-ci sırada qərar tutub. Başqa sözlə, bu göstərici üzrə də anti-rekordçuyuq.

Qeyd edək ki, 2022-2023-cü ildən etibarən ürək əməliyyatları icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilib.Həmçinin ürək damarlarına stent qoyulması da icbari tibbi sığorta ilə ödənişsizdir. Stentin qoyulması əməliyyatı Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) göndəriş əsasında icra olunur.

Eləcə də aorta koronar şuntlama əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır. Təkcə 2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına 8153 aorta koronar şuntlama əməliyyatı icra olunub. Onlardan 861-i TƏBİB və Səhiyyə Nazirliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, 7292-si isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində həyata keçirilib.

Aorta koronar şuntlama əməliyyatı icbari tibbi sığorta hesabına Yeni Klinikada, Mərkəzi Neftçilər Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Lənkəran və Şirvan rayon mərkəzi xəstəxanalarında, eləcə də Agentliyin müqaviləli tibb müəssisələrində göndəriş əsasında icra olunur.

Bəs ürək-damar əməliyyatları neçəyə başa gəlir? Daha dəqiqi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfində bu əməliyyatların qiymətləri necə müəyyən edilib?

Editor.az  Bakupost.az-a istinadən ürək-damar xəstəlikləri üzrə əməliyyatların qiymətlərini təqdim edir:

Tək damarda aparılan prosedur 300 manat

İki damarda aparılan prosedur (Əlavə damar müdaxiləsi) 600 manat

Üç damarda aparılan prosedur (Əlavə damar müdaxiləsi) 900 manat

Dörd və ya daha çox damarda aparılan prosedur (Əlavə damar müdaxiləsi) 1200 manat

Damar bifurkasiyası üzərində aparılan prosedur 300 manat

Bir vaskulyar stentin taxılması 600 manat

İki vaskulyar stentin taxılması (Hər növbəti stent dərman örtüklü və ya sadə metal olmasından asılı olmayaraq) 1200 manat

Üç vaskulyar stentin taxılması (Hər növbəti stent dərman örtüklü və ya sadə metal olmasından asılı olmayaraq) 1800 manat

Dörd və ya daha çox vaskulyar stentin taxılması (Hər növbəti stent dərman örtüklü və ya sadə metal olmasından asılı olmayaraq) 2400 manat

Defibrilyasiya nəzərdə tutmayan ürək resinxronizasiya kardiostimulyatorunun implantasiyası, total system (ÜRT-P) 11000 manat

Ürək resinxronizasiya defibrilyatorun implantasiyası, total sistem (ÜRT-D) 15000 manat

Yalnız ürək resinxronizasiya kardiostimulyator puls generatorun implantasiyası və ya dəyişdirilməsi (ÜRT-K) 9000 ₼

Yalnız ürək resinxronizasiya defibrilyator puls generator cihazın implantasiyası və ya dəyişdirilməsi (ÜRT-D) 12000 manat

Digər periferik damara (damarlara) dərman ifraz edən stentin (stentlərin) taxılması (bir stent qreftin taxılması) 2000 manat

Hemodinamik monitorinqin aparılması ilə birgə ürəkdaxili və ya böyük damarlara implant edilən təzyiq sensorunun taxılması və ya dəyişdirilməsi 2600 manat

Ürəkdaxili və ya böyük damarların hemodinamik monitorinqi üçün dərialtı cihazın implantasiyası və ya dəyişdirilməsi 1500 manat

Koronar arteriyalarda damardaxili təzyiqin ölçülməsi (FFR) 1000 manat

Ekstrakranial damarın (damarların) perkutan angioplastikası (vertebral). (Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə 2500 manat

İntrakranial damarın (damarların) perkutan angioplastikası (bazilyar arteriya, vertebral arteriyanın intrakranial hissəsi). Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə kodlaşdırılsın) 3500 manat

Karotid arteriyaya stentin (stentlərin) perkutan taxılması (Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə kodlaşdırılsın )2500 manat

Digər ekstrakranial arteriya stentinin (stentlərin) perkutan taxılması (Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə kodlaşdırılsın) 2500 manat

Perkutan translyuminal koronar angioplastika. PTKA (Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə kodlaşdırılsın)

Ürəyin korreksiya prosedurunun reviziyası 10000 manat

Ürək çəpərində aparılan digər əməliyyatlar 4000 manat

Ürəyin qapaqlarında aparılan digər əməliyyatlar 4000 manat

Koronar arteriyanın obstruksiyanın digər yollarla aradan qaldırılması. Koronar angioplastika (dərman ifraz edən balon taxılması, daxildir). (Taxılan damar stentlərin sayı, müalicə olunan damarların sayı əlavə kodlaşdırılsın) 1600 manat

Tək koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı 4500 manat

İki koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı 5500 manat

Üç koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı 5500 manat

Dörd və ya daha çox koronar arteriyanın (aorto) koronar şuntlama əməliyyatı 6500 manat

Tək daxili məmə-koronar arteriya şuntlama əməliyyatı 4500 manat

İkili daxili məmə-koronar arteriya şuntlama əməliyyatı

Ürəyin biopsiyası 1000 manat

Ürək anevrizmasının kəsiklə çıxarılması 5000 manat

Ürəyin digər zədələnmə və ya toxumasının kəsiklə çıxarılması, açıq giriş 2500 manat

Ürəyin digər zədələnmə və ya toxumasının kəsiklə çıxarılması və ya destruksiyası, endovaskulyar giriş (Ablasiya) 2200 manat

Sol qulaqcıq artımının (SQA) kəsiklə çıxarılması, destruksiyası və ya ekskluziyası 1800 manat

Ürəyin zədələnmə və ya toxumasının kəsiklə çıxarılması və ya destruksiyası, torakoskopik giriş 2800 manat

Tək-boşluq cihazının taxılması, nəbz cavabı göstərilib (İCD DR) 12600 manat

İki-boşluq cihazının ilkin taxılması (DR pacemaker) 5500 manat

İstənilən növ kardiostimulyator cihazının tək-boşluq cihazı ilə dəyişdirilməsi, nəbz cavabı göstərilməyib (VR pacemaker) 4500 manat

İstənilən növ kardiostimulyatorun tək-boşluq cihazı ilə dəyişdirilməsi, nəbz cavabı göstərilib (VR pacemaker) 4500 manat

İstənilən kardiostimulyator cihazının iki-boşluq cihazı ilə dəyişdirilməsi (DR pacemaker) 5500 manat

Sol qulaqcıq artımının cihazının taxılması 13000 manat

Avtomatik kardioverter / defibrilyator implantasiyası və ya dəyişdirilməsi, total sistem (AÜKD) 12000 manat

Avtomatik kardioverter / defibrilyator aparmanın (aparmaların) dəyişdirilməsi 1500 manat