Azərbaycanda vəzifəli şəxs Suriyaya qaçdı, orda əri öldürülən qadınla… – TƏFƏRRÜATbackend

Azərbaycanda vəzifəli şəxs Suriyaya qaçdı, orda əri öldürülən qadınla… – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Laçın rayon İcra Hakimiyyətinin baş məsləhətçisi olmuş 1988-ci il təvəllüdlü Amil Əhmədovun 2016-cı uildə Suriyaya gedərək 3 il müddətində orada radikal təmayüllü silahlı terror qruplarında iştirak etməsi barədə açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Editor.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsi Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma – qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirli bilinən Amil Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.

Məhkəmə prosesində xeyli maraqlı faktlar üzə çıxıb. Bəlli olub ki, Amil Əhmədov 2016-cı ildə feysbukda “Şamın səsi” adlı qrupa üzv olub və orada tanış olduğu şəxsin vasitəsilə Türkiyəyə gedib. Ailəsinə işləmək üçün Türkiyəyə gedən Amili İstanbulda “Cənnətdər” dərnəyinin əməkdaşları qarşılayıb və 3 gün ərzində burada qalan Laçın rayon sakini daha sonra Türkiyənin Hatay vilayətinə gedərək onu qarşılayan şəxslərin köməkliyi ilə Suriyaya keçib.

 

 

Suriyada “Ömər” ləqəbi ilə “Ceyhul Şur” qruplaşmasında yer alan şəxs İdlib, Həma və Hələbdə müxtəlif döyüşlərdə iştirak edib, həmçinin patrul xidməti aparıb.

İstintaqla müəyyən edilib ki, 2013-cü ildə həyat yoldaşı və qaynı ilə Suriyaya gedərək məskunlaşan Gülnar İmanova daha sonra dul qalıb. Onun həyat yoldaşı Həzi İmanov döyüşlərdə ölüb. 2016-cı ildə Gülnarla Amil dini nikahla evləniblər və onların 2 övladı dünyaya gəlib. 2019-cu ildə Amil Suriyadakı narazılıqlar səbəbindən ailəsi ilə Türkiyəyə keçib. Onlar İstanbulda kirayə ev tutublar, lakin 1 həftə sonra şikayət səbəbindən polis Amil Əhmədovu saxlayıb və miqrasiya məntəqəsinə salıb. 7 ay müddətində nəzarətdə qaldığı üçün G.İmanova qardaşı ilə əlaqə saxlayaraq onları İstanbuldan Bakıya gətirməsini xahiş edib. İstanbulda məhkəmə yolu ilə azadlığa buraxılan Amil isə ötən ilin sentyabrında ölkəyə qayıdıb və burada DTX əməkdaşları tərəfindən saxlanılıb.

Amil Əhmədov məhkəmədə bildirib ki, Vətən müharibəsinin başladığı vaxt tutulub. O, DTX əməkdaşlarına Qarabağa gedib müharibədə iştirak etmək istədiyini bildirsə də, buna razılıq verilməyib.

Loading...