Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ-FOTObackend

Azərbaycanda vəzifəli şəxs VƏFAT ETDİ-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda vəzifəli şəxs vəfat edib.

Editor.az “Yeni Sabah”a istinadla xəbər verir ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri Elşən Məhərrəmov dünyasını dəyişib.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Elşən Kamal oğlu Məhərrəmov 1966-cı ildə Bakıda doğulub. O, 1983-cü ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olub. 2011-ci ildən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Uşaq travma və ortopediya bölməsinin elmi rəhbəri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!