Azərbaycanda vurulacaq peyvəndlərlə bağlı daha bir vacib AÇIQLAMAbackend

Azərbaycanda vurulacaq peyvəndlərlə bağlı daha bir vacib AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər kəs vaksinasiyaya ciddi yanaşmalıdır.

bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva deyib.

Vaksin vurulan kimi insanı qoruyub-qorumadığına dair suallarına cavab olaraq Y.Qarayeva deyib ki, bu, dərhal baş vermir:

“Uzun illərdir ki, vaksinlərlə çalışıram. Vaksinasiyanın prinsipi bundan ibarətdir ki, 1-2 ay və ya 4 həftə öncədən vurulmalıdır. Peyvənd iki dozadan ibarətdir. Odur ki, vaksin vurulduqdan sonra müəyyən bir müddət sonra orqanizmdə qoruyucu anticisimlər yaranacaq”.

O bildirib ki, ölkədə vurulan hər bir peyvənd qeydiyyata alınacaq:

“TƏBİB hər bir rayonda vurulan peyvəndin seriyasını, tibb məntəqəsinin qeydiyyatını aparacaq. Bütün bu proseslər şəffaf şəkildə təşkil ediləcək”, – deyə o qeyd edib.