Azərbaycanda “WhatsApp”da yayılan səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMAbackend

Azərbaycanda “WhatsApp”da yayılan səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq halları müşahidə edilib.

Editor.az xəbər verir ki, bununla bağlı məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı yayıb.

O bildirib ki, hazırda “WhatsApp”da səs yazısı vasitəsilə həqiqəti əks etdirməyən müxtəlif məlumatlar paylaşılır:

“Əziz müəllimlər, dəyərli həmkarlarım.

Təəssüf ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəyyən dələduzluq hallarının yayıldığını müşahidə edirik.

– ilk növbədə bildirirəm ki, sertifikatlaşdırma nəticələri “smslə gəlmir.” Sertifikatlaşdırmanın test imtahanı mərhələsi avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir. İmtahan başa çatdıqdan dərhal sonra elan edilir. Yəni prosesdə iştirak edən müəllim imtahan zalından artıq nəticəsini bilərək çıxır.

– Səs yazısında haqqında danışılan “imtahan komitəsi” adında bir anlayış və ya qurum yoxdur. İmtahan təşkilində bu adda hər hansı bir “komitə” fəaliyyət göstərmir.

– Sertifikatlaşdırma prosesi Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada həyata keçirilir. Məqsəd, təbii ki, şəffaflığın təmin olunmasıdır”.