Biləsuvarda yaşayış binasında partlayış olub.
Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında baş verib.
Partlayış yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürən qüvvə və xilasedicilər cəlb olunub.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.