Azərbaycanda yeni doğulan körpə ÖLDÜ – anası səbəbi bilmək istəyirbackend

Azərbaycanda yeni doğulan körpə ÖLDÜ – anası səbəbi bilmək istəyir 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada yeni doğulan körpə ölüb. Hadisə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.

Editor.az  Xəzər TV-yə istinadən bildirir ki, rayonun Yengiyan kənd sakini, 24 yaşlı Sahibə Məmmədova 4 gün əvvəl doğuş sancıları ilə şöbəyə daxil olub. Gənc ana və onun yaxınları bildirirlər ki, bu vaxta qədər qadın bütün yoxlanışlardan keçib və hər şey normal olub. Lakin yeni doğulan körpə ölüb.

Gənc ana övladının ölüm səbəbini bilmək istəyir. Onun sözlərinə görə doğuşdan sonra ona körpənin nəfəs aldığını amma zəif olduğunu bildiriblər, ürək masajı tətbiq edəndən 5-10 dəq sonra isə uşağı götürüb gediblər.

TƏBİB-dən bildirilib ki, doğuş fəsadsız keçib, lakin ölü döl doğulub.

Ölü döl təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra məlum olacaq.