Azərbaycanda yeni layihə və xidmətlər işə salınacaq – Dmitri Pankinbackend

Azərbaycanda yeni layihə və xidmətlər işə salınacaq – Dmitri Pankin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) Azərbaycanda yeni layihə və xidmətlərin işə salınmasını planlaşdırır.

Bunu bankın prezidenti Dmitri Pankin Trend-in sualını cavablandırarkən deyib.

“Sabahkı forumdan sonra biz QDTİB-nin Azərbaycanın özəl sektoruna təqdim edə biləcəyi yeni layihə və xidmətlərin işə salınmasını gözləyirik”, – deyə o bildirib.

O qeyd edib ki, QDTİB Azərbaycanla əməkdaşlığın yeni potensial sahələrini və imkanlarını nəzərdən keçirir.

“Biz Azərbaycanın maliyyə sektoru ilə əməkdaşlıqdan qürur duyuruq. Biz maliyyə alətlərimizi manatla təqdim edirik. QDTİB bərpa olunan enerji layihələrinin inkişafında maraqlıdır”, – D.Pankin deyib.