Azərbaycanda yeni park salınırbackend

Azərbaycanda yeni park salınır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədi şəhərində yeni istirahət parkı salınacaq.

Editor.az  iqtisadiyyat.az-a istinadən xəbər verir ki, yeni park şəhərin 20 Yanvar küçəsində salınacaq.

Hazırda istirahət parkında görüləcək işlər üçün layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Bu çərçivədə şəhərin parka gedən küçələrinə asfalt-beton çəkiləcək.

Ağcabədi Rayon İcra Hakimiyyəti layihə-smeta sənədlərinin hazırlanması işlərini “Az.Arxitektura” şirkətinə həvalə edib və onunla müqavilə bağlayıb.

İcra Hakimiyyəti parkın salınması üçün sərf olunacaq vəsaitin həcmini açıqlamayıb.