Azərbaycanda yeniyetmə qızlar həmcinsləri tərəfindən döyüldülərbackend

Azərbaycanda yeniyetmə qızlar həmcinsləri tərəfindən döyüldülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

Videoda yeniyetmə qızların həmcinsləri tərəfindən döyülməsi və təhqir olunması əks olunub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Qurumdan Oxu.Az-a bildirilib ki, sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılır:

“Görüntüdə əks olunan yeniyetmələrin şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcək”.