Azərbaycanda zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlamasıbackend

Azərbaycanda zəlzələ ilə bağlı SON DƏQİQƏ açıqlaması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəzər dənizində son günlər seysmik aktivliyin artması diqqət çəkir. Bu gün səhər saatlarında qeydə alınan yeraltı təkanlar bölgədə zəlzələlərin davam etdiyini göstərir. Yerli vaxtla saat 07:35-də baş verən zəlzələnin maqnitudası 3, dərinliyi isə 72 km olub. Bundan əvvəl, saat 05:55-də isə daha güclü – 4,3 maqnitudalı zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Musavat.com-a bildirib ki, Xəzər dənizi zonasında yerləşdiyimiz üçün burada zəlzələlərin baş verməsi təbii hal sayılır və Azərbaycan seysmik baxımdan aktiv bölgədə yerləşir:

“Xəzərdə baş verən bu cür zəlzələlər əsasən böyük dərinlikdə olduğu üçün hiss olunma səviyyəsi də fərqli olur. Elə gün olmur ki, ümumiyyətlə zəlzələ qeydə alınmasın. Sadəcə, onların bir qismi hiss olunur, digərləri isə yalnız cihazlarla müəyyən edilir və beynəlxalq standartlara uyğun şəkildə qeydə alınıb yayımlanır. Bununla belə, narahatlıq üçün ciddi əsas yoxdur. Xəzərdə baş verən zəlzələlər adətən daha dərin qatlarda 60-70 km, bəzən isə 75 km dərinlikdə qeydə alınır, bəzi hallarda 30-40 km intervalında da olur. Ümumilikdə, ölkə üzrə ən dərin zəlzələlər məhz Xəzərdə müşahidə edilir. Respublikanın digər bölgələrində isə güclü, dağıdıcı aktivlik qeydə alınmır”.

Qurban Yetirmişli zəlzələ ocaqlarından danışdı - Xəritələr hazırlanır |  sfera.az

Q.Yetirmişlinin sözlərinə görə, il ərzində Azərbaycanda minlərlə yeraltı təkan qeydə alınır və onların bir hissəsi hiss olunan olur:

“Lakin hazırkı vəziyyətdə dağıdıcı zəlzələnin baş vermə ehtimalı aşağı qiymətləndirilir”.