Azərbaycanda zəlzələ olubbackend

Azərbaycanda zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 20:12-də Şirvan stansiyasından 30 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.

Maqnitudası 3.1-ə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib. Həmçinin saat 20:28-də Şirvan stansiyasından 25 kilometr şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3.7-yə bərabər olan yeraltı təkanların ocağı 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələlər hiss edilməyib.