Azərbaycanda zəlzələ olubbackend

Azərbaycanda zəlzələ olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunda zəlzələ baş verib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Oxu.Az-a verilən məlumatına əsasən, yeraltı təkanlar bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda, İsmayıllı rayonunda qeydə alınıb.

Bildirilir ki, zəlzələnin maqnitudası 3,6, dərinliyi 7 km olub. Zəlzələ 3 bal gücündə hiss olunub.