Azərbaycandakı avtomobillərin sayı AÇIQLANDIbackend

Azərbaycandakı avtomobillərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2019-cu ildə Azərbaycanda nəqliyyat vasitələrinin sayı 47 min 830 ədəd artaraq 1 milyon 418 min 404 ədədə çatıb. 2018-ci ilin sonunda Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı  1 milyon 370 min 574 ədəd təşkil etmişdi.

Editor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il minik avtomobillərinin sayı 43 min 421 ədəd artaraq 2019-cu ilin sonunda 1 milyon 214 min 93 ədəd təşkil edib.

2019-cu ildə yük avtomobillərinin sayı 3 min 204 ədəd artaraq 150 min 547 ədədə, motosikletlər 863 ədəd artaraq 4 min 69 ədədə, avtobuslar isə 79 ədəd artaraq 30 min 783 ədədə çatıb.

2007-ci ilin sonunda Azərbaycanda cəmi avtomobillərin sayı 773 min 318 ədədə təşkil etmişdi. Son 12 ildə avtomobillərin sayı 2 dəfə artıb.

Azərbaycanda 2019-cu ilin sonunda hər 1000 nəfərə 143 avtomobil, o cümlədən 123 minik avtomobili düşüb. 2000-ci ildə bu saylar müvafiq olaraq 55 ədəd və 41 ədəd idi. Ölkəmizdə hər 100 ailəyə isə 54 avtomobil düşür. 2000-ci ildə bu say 19 ədəd idi.