Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilərbackend

Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın işğaldan azad edilən ərazilərində müvəqqəti yerləşdirilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatı daha bir il müddətinə uzadıla bilər.

“Report” Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda atəşkəsə və daimi sülhün qorunmasına nəzarət edən Türkiyə Ordusunun hərbçilərinin Qarabağda xidmət müddətinin uzadılması ilə bağlı TBMM-ə sənəd göndərib.

Sənəd yaxın günlərdə ölkə parlamentində müzakirəyə çıxarılacaq.