Azərbaycandan beynəlxalq uçuşların bərpası ilə bağlı AÇIQLAMAbackend

Azərbaycandan beynəlxalq uçuşların bərpası ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar aparılır.

Editor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar davam etdirilir:

“Almaniyanın “Lufthansa” şirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət edilib. Eyni zamanda, digər aviaşirkətlərdən də müraciətlər daxil olub. Ümumilikdə, aviareyslərin bərpa olunması istiqamətində danışıqlar aparılır”.