Azərbaycandan Ermənistanın mina terroru ilə bağlı növbəti ÇAĞIRIŞ: “Onlar bu işğalçı siyasətlərini hələ də davam etdirirlər”backend

Azərbaycandan Ermənistanın mina terroru ilə bağlı növbəti ÇAĞIRIŞ: “Onlar bu işğalçı siyasətlərini hələ də davam etdirirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan tərəfi həm 30 illik işğal, həm də İkinci Qarabağ Müharibəsi dövründə olduğu kimi, postmüharibə dönəmində hələ də beynəlxalq hüququn prinsiplərini müxtəlif aspektlərdən pozmağa davam edir. Bu pozuntu faktlarından biri də Ermənistanın Azərbaycana qarşı həyata keçirtdiyi mina terroru ilə bağlıdır”.

Bu fikirləri Editor.az-a politoloq Züriyə Qarayeva Azərbaycan XİN-nin növbəti dəfə beynəlxalq ictimaiyyətə mina terroru ilə bağlı çağırış bəyanatı barədə açıqlamasında deyib.

Politoloq qeyd edib ki, ərazilərimizdə beynəlxalq konvensiyaların prinsiplərini gözardı edərək piyada əleyhinə minaların basdırılması və eyni zamanda, müharibə bitdikdən sonra da həmin mina xəritələrinin Azərbaycana təhvil verilməməsi bu terrorun tərkib hissəsidir:

“Bu siyasətin nəticəsində bu günə qədər 288 nəfər mina terrorunun qurbanına çevrilib. Bu fakt 1999-cu ildən qüvvədə olan Ottava Konvensiyasının prinsiplərinə də ziddir. Çünki həmin konvensiya piyada əleyhinə minaların istehsal olunması, yığılması, basdırılmasını qadağan etməklə yanaşı, həm də müharibə bitdikdən sonra xəritələrin qarşı tərəfə təhvil verilməsini özündə ehtiva edir. Ermənistan tərəfi isə təəssüflər olsun ki, bu cür prinsiplərə heç bir zaman əhəmiyyət vermir. Hətta Azərbaycanın üzərinə götürdüyü öhdəliklər qarşılığında xəritələri təhvil vermək şərtini qəbul etsələr də bunun dəqiqlik payı 25 faiz təşkil edib. Bu baxımdan rəsmi İrəvan boyun götürdüyü növbəti öhdəliyi də heçə saydığını nümayiş etdirdi”.

Z. Qarayevanın sözlərinə görə, mina terroru yalnız 30 illik işğal və ya müharibə dövrü ilə kifayətlənməyib:

” Hətta üçtərəfli bəyanat imzalandıqdan sonra da onlar bu siyasəti davam etdiriblər. Belə ki, Sarıbaba yüksəkliyi üzərində nəzarət bərpa olunduqdan sonra müvafiq ərazidən 2021-ci ilin istehsalı olan minaların tapılması, onu göstərir ki, Ermənistan tərəfi üçtərəfli bəyanatın bununla bağlı bəndini də pozur. Beləliklə Azərbaycanın humanitar məqsədlə qarşı tərəfə təhvil verdiyi Laçın dəhlizindən minaların daşınması məqsədilə istifadə ediblər. Baş verən bu qanunsuzluqlar işğalçılıq siyasətinin davamı olaraq azərbaycanlıların öz torpaqlarına qayıdışını ləngitmək məqsədi daşıyır. Ermənistan Azərbaycanın mina xəritələri ilə təqdim olunması ilə bağlı təkliflərinə cavab olaraq bildirir ki, bəzi bölgələrlə bağlı guya onlarda belə bir xəritə mövcud deyil. Halbuki minaların basdırılması prosesində peşəkarlar iştirak edirlər və həmin şəxslər özləri üçün faydalı olan müəyyən xəritələri hazırlayırlar. Çünki müharibə zamanı ordunun mütəmadi olaraq yerdəyişmə hallarında ilk başda öz əsgərlərini minaların qurbanına çevrilməkdən qorumalıdırlar. Yəni, belə bir cavab arqumenti olduqda absurddur”.

//Gülnarə Abasova, Editor.az