Azərbaycandan Ukraynaya növbəti yardım yola salınacaq – FOTObackend

Azərbaycandan Ukraynaya növbəti yardım yola salınacaq – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycandan Ukraynaya humanitar yardımın növbəti partiyası yola salınacaq.

APA-nın Heydər Əliyev Beynəlxalq Hava Limanında olan əməkdaşının verdiyi məlumata görə, humanitar yardım əsasən qida məhsullarından, dərman və tibbi ləvazimatdan ibarətdir.

Ümumi kütləsi 380 ton olan yardımı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq. Təyyarə saat 09.00-da havaya qalxacaq.

Yükü yola salmağa gələn Ukrayna səfiri Vladislav Kanevski Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib. Diplomat bildirib ki, Azərbaycan hökuməti növbəti dəfə Ukrayna xalqına humanitar yardım göndərir.