Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu – VİDEObackend

Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada həlak oldu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya-Ukrayna münaqişəsində azərbaycanəsilli şəxs həlak olub.

Editor.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə Odessada yaşayan jurnalist Anar Natiqoğlu məlumat yayıb.

Bildirilib ki, Faiq Faiq oğlu Şofel son illərdə Ukrayna ordusunun hücum-desant bölmələrində kəşfiyyatçı kimi xidmət edib və bir çox əməliyyatlarda iştirak edib.

O, oktyabrın 12-də həyata keçirilən döyüş tapşırığı zamanı həlak olub.

Məlumata görə, onun atası əslən Şirvan şəhərindəndir, anası isə Ukrayna kökənlidir.

Onun sözlərinə görə, oktyabrın 16-da səhər saat 10:00-da qəhrəman döyüşçü ilə vida mərasimi Odessadakı “Zabitlər evi”ndə keçiriləcək. Daha sonra dəfn mərasimi şəhər kənarındakı müsəlman qəbiristanlığında baş tutacaq.