Azərbaycanın 8 kəndinə qarşılıq Paşinyan bu şərti irəli sürdü – ŞƏRH  backend

Azərbaycanın 8 kəndinə qarşılıq Paşinyan bu şərti irəli sürdü – ŞƏRH  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyanın Praqada “Azadlıq” radiosuna müsahibəsində 8 kəndin- Qazaxın 7 kəndi və Kərki kəndinin qaytarılması məsələsində irəli sürdüyü fikirlər birmənalı deyil”.

Bu fikirləri Editor.az-a  BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli Ermənistanın Baş naziri Nikol Paşinyan Praqada “Azadlıq” radiosuna müsahibəsində 8 kəndi – Qazaxın 7 kəndi və Kərki kəndini qaytarmağa hazır olduqlarını , lakin əvəzində Azərbaycanın  da “erməni kəndləri”ni təhvil verməli olduğunu ifadə edən fikrini şərh edərkən bildirib.


 
Onun sözlərinə görə, Paşinyan “erməni kəndləri” dedikdə SSRİ dövründə qeyri-qanuni şəkildə Azərbaycandan alınaraq Ermənistana verilən kəndləri nəzərdə tutur:

“Kəndlərin qarşılıqlı “barteri” məsələsi çox təhlükəlidir. Ölkəmizin əleyhinə olan nüanslar da var. Məlumdur ki, Sovet dövründə Gədəbəy rayonuna aid bəzi kəndlər heç bir əsası olmadan Ermənistan SSR-ə verildi. Çox güman ki, Nikol Paşinyan da həmin kəndləri nəzərdə tutur. Gədəbəy rayonuna aid Başkənd və ona yaxın ərazilər heç bir sərhədi olmadan Ermənistana hədiyyə edilmişdi. Bu, Azərbaycanın maraqlarına uyğun deyil və çox ciddi problemlərin yaranmasına səbəb olacaq”.

F.Ələkbərlinin fikrincə, sülh müqaviləsində əsas götürüləcək amillər rəsmi Bakının da maraqlarına uyğun olmalıdır: “Sovet dövründə Azərbaycana aid olan torpaqlar elə bir şəkildə Ermənistana verilmiş və rəsmiləşdirilmişdi ki, bizim üçün 1975-ci ilin xəritəsi uyğun deyil. Cümhuriyyət dövrünün xəritəsi əsas götürülməlidir. Çünki burada bütün torpaqlar İrəvan və ətrafı istisna olmaqla, AXC-nin ərazisi idi. Ancaq 1920-ci ilin dekabrın 1-dən etibarən Azərbaycan SSRİ-nin torpaqları zaman-zaman Ermənistan SSR-ə verilmişdi. Paşinyanın belə təkliflər irəli sürməsində məqsəd Azərbaycanı çıxılmaz vəziyyətdə qoymaq və 8 kənddən imtina etməsinə səbəb olmaqdır. Ona görə də bu məsələlər dəqiqləşdirildikdən sonra konkret mövqeyimizi ortaya qoymalıyıq”.

//Safura Bənnayeva, Editor.az