Azərbaycanın AŞPA-da olmaması təşkilatın regional problemlərin effektiv həllinə mane olacaq – Serbiyanın AŞPA-dakı nümayəndəsi Stefan Yovanoviçbackend

Azərbaycanın AŞPA-da olmaması təşkilatın regional problemlərin effektiv həllinə mane olacaq – Stefan Yovanoviç

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının qurumda olmamasından Avropa Şurası Parlament Assambleyası faydalana bilməyəcək və Avropa Şurası ikili standartlar siyasəti yürütməməlidir.

Editor.az bildirir ki, bu sözləri Serbiyanın AŞPA-dakı nümayəndəsi Stefan Yovanoviç deyib. “Avropa Şurası əməkdaşlıq və dialoq platforması rolunu oynayır və Azərbaycanın AŞPA-da olmaması təşkilatın regional problemlərin effektiv həllinə mane olacaq”, – Stefan Yovanoviç vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın AŞPA-nın hərəkətlərinə reaksiyası proqnozlaşdırıla bilər və haqlıdır. Yovanoviç onu da xatırladıb ki, Avropa Şurası təşkilata üzv olan bütün ölkələrin suverenliyinə hörmət etməlidir. “Avropa Şurası bu prinsiplərə ikili standartlar olmadan riayət olunmasını təmin etməlidir.

Bu, təşkilatın nüfuzunu və effektivliyini qorumaq üçün vacibdir”, – serbiyalı deputat deyib. Deputat ikili standartlar siyasətindən əl çəkməyə, obyektiv və ədalətli fikirlər səsləndirməyə çağırıb.

//Samir Qurbanov, Editor.az