Azərbaycanın başqa yolu qalmayıb: “Əgər humanist yanaşmaqda davam edərsə…”- AÇIQLAMAbackend

Azərbaycanın başqa yolu qalmayıb: “Əgər humanist yanaşmaq davam edərsə…”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Müdafiə Nazirliyinin martın 25-də yaydığı bəyanatda hər şey açıq-aydın göstərilib. Ermənistan və havadarları xəbərdarlıqlara baxmayaraq dəfələrlə ərazilərimizə silah-sursat, texnika daşıyıblar”.

Bu fikirləri Editor.az-a hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan Müdafiə Nazirliyinin məlum bəyanatından sonra sülhməramlı kontingentinin komandanı Azərbaycanı bu əməllərdən çəkinməyə, hələ üstəlik 10 noyabr bəyannaməsinin bəndlərinə əməl etməməkdə təqsirləndirməsinə münasibət bildirərkən qeyd edib.

Hərbi ekspert baş verənlər fonunda Azərbaycanın yeganə çıxış yolundan danışıb:

“Əsgər və zabitlərimiz qısa müddətdə verilən tapşırığı uğurla yerinə yetirdilər. Bu da ordumuzun peşəkar hazırlığından xəbər verir. Rusiya sülhməramlı kontingenti belə bir bəyanat yaymaqla həddini aşır. Çünki 10 noyabr bəyannaməsinin bəndlərini məhz Rusiya pozur. Onların ən ümdə vəzifələri erməni silahlı birləşmələrini ərazilərdən çıxartmaq olmalı idi. Təəssüf ki, iki il altı ay müddətində onların yalnız qeyri-qanuni fəaliyyətinin şahidi olmuşuq. Azərbaycan bundan sonra daha sərt şəkildə həm rus sülhməramlıları, həm də erməni havadarlarına öz mövqeyini göstərməlidir”.

Hərbi ekspertin fikrincə, Azərbaycanın hələ də bu məsələlərə humanist yanaşması nəticəsində ruslar və ermənilər mövcud vəziyyətdən öz çirkin əməlləri üçün istifadə etməyə çalışırlar: “Buna qətiyyən imkan vermək olmaz. Çünki növbəti mərhələdə bizim əsgər və zabitlərimiz üçün böyük təhlükə yarana bilər. Azərbaycan Silahlı Qüvvələri tam hazır vəziyyətdədir. Onlara veriləcək göstəriş hesabına fəaliyyətə keçəcəklər “.

//Safura Bənnayeva, Editor.az