Azərbaycanın daha 9 cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayırbackend

Azərbaycanın daha 9 cüdoçusu “Böyük Dəbilqə”də mübarizəyə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın daha doqquz cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.

Yarışın sonuncu günündə kişilərdən 8, qadınlardan 1 idmançı tatamiyə çıxacaq.

Tuncay Şamil, Əli Qazıməmmədov (hər ikisi 90 kq), Əjdər Bağırov, Davud Namazlı (100 kq), Camal Feyziyev, Ramazan Əhmədov, Uşanqi Kokauri, Kənan Nəsibov (hamısı 100 kq) və Nigar Süleymanova (+78 kq) medal qazanmağa çalışacaqlar.

Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərzadə (hər ikisi 73 kq), Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc mükafata sahib çıxıblar.

Oxu.az